spot_img
HomeKaryeraAzTU-nun Nəqliyyat və Logistika fakültəsində mütəxəssis vakansiyası elan olunur.
spot_img

AzTU-nun Nəqliyyat və Logistika fakültəsində mütəxəssis vakansiyası elan olunur.

Tələblər: 

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;

· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;

· Azərbaycan dilini səlis bilmək (ingilis və rus dili arzuolunandır);

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;

· “Təhsil haqqında” Qanun, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin və onun nəzdində olan qurumların aidiyyəti sənədləri barədə məlumatlı olmaq;

· Yüksək məsuliyyət, dəqiqlik və operativlik;

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı.

 Əmək funksiyaları:

· Fakültənin inzibati və akademik fəaliyyətinin təşkili və koordinasiyasında iştirak etmək;

· Dekan və dekan müavinlərinin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək;

· Fakültə üzrə hesabatların, rəsmi yazışmaların və statistik məlumatların hazırlanmasında iştirak etmək;

· Tədris planları, dərs cədvəlləri və imtahan qrafiklərinin hazırlanmasında dəstək göstərmək;

· Fakültə üzrə tədbirlərin (elmi, tədris, ictimai) təşkili və həyata keçirilməsində iştirak etmək;

· Daxili sənəd dövriyyəsinə, arxivləşdirmə işlərinə və məlumat bazalarının yenilənməsinə nəzarət etmək;

· Məşğul olduğu sahə üzrə tədris metodiki və hüquqi sənədlərin hazırlanması işini həyata keçirmək.

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 15.11.2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar