Gənclər və İdman Nazirliyi “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə direktor vəzifəsinə sənəd qəbulu elan edir.
“Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
Ali təhsilli olmalı;
Gənclərlə iş sahəsində minimum 2 il olmaqla, ümumilikdə ən azı
3 il iş təcrübəsinə malik olmalı;
Yaşı 35-dən yuxarı olmamalı;
Minimum 1 xarici dil bilməli.
Təqdim olunacaq sənədlər:
Fotoşəkilli CV (iddia edilən vəzifənin adı qeyd olunmaqla);
Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında diplomun surəti;
Tərcümeyi-hal (elektron formada).
Sənədlər 5 iyul 2026-cı il tarixinədək elektron formada azeyouth@mys.gov.az ünvanına göndərilməlidir.
Müraciətlərə baxıldıqdan sonra yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yerləşdiyi məkan “mövzu” hissəsində mütləq qeyd olunmalıdır.



