Azərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
· Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması, təşviqi və davamlı inkişafına yönəlmiş tədbir və layihələri həyata keçirmək;
· Akademiyanın Strateji İnkişaf Planı çərçivəsində fəaliyyətlərin sistemləşdirilməsi və təhlilini təmin etmək;
· Yerli və beynəlxalq akkreditasiya və özünüqiymətləndirmə sənədlərinin hazırlanmasında iştirak;
· Müxtəlif sorğuların təşkili və nəticələrini təhlil etmək;
· Departamentin illik və yarımillik fəaliyyət hesabatlarını hazırlamaq;
· Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;
· Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
· Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);
· Keyfiyyət təminatı və ya təhsil sahəsində 1-3 il iş təcrübəsi;
· Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;
· Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel, məlumatların emalı bacarığı);
· Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
· İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili arzuolunandır);
· Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti;
· Dəqiqlik, məsuliyyətlilik, operativlik;
· Komandada iş və işgüzar kommunikasiya bacarığı;
· Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı;
· Monitorinq və qiymətləndirmə bacarığı.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.



