Birbank-ın Kredit Risk komandasında üzv kimi siz müxtəlif analitik alətlərdən istifadə edərək bankın kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, minimuma endirilməsi və düzgün idarə olunması prosesində iştirak edəcəksiniz.
Vəzifə öhdəlikləri:
Analitik alətlər vasitəsilə məlumatların təhlilinə dəstək verərək potensial risklərin müəyyən edilməsində iştirak;
Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə dəstək;
Hesabatların hazırlanmasına kömək və risk idarəetmə alətləri ilə portfel analizində iştirak;
Tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya digər kəmiyyət yönümlü ixtisaslar üzrə);
Yeni məzunlar və son kurs tələbələri;
Yüksək motivasiya;
Yüksək analitik və kommunikasiya bacarıqları;
Yüksək təşəbbüskarlıq, enerji və özünə inam;
Özünü inkişaf etdirməyə maraqlı və motivasiyalı;
Microsoft Office proqramları (Excel, Word, PowerPoint və s.)üzrə biliklər;
SQL, Python və Tableau bilikləri;
İngilis dilində sərbəst ünsiyyət bacarığı;
Təklif edirik:
Dəstəkləyici iş mühiti;
Port Baku Tower 2-də yeni və komfortlu ofis
Agile prinsipləri ilə işləyən güclü komanda, müntəzəm team-building və tematik tədbirlər
Son tarix: 8 May 2026



