Rossmann Azerbaijan olaraq Komandamıza “Biznesə nəzarət şöbə müdiri” axtarışındayıq! Göstərilən vakansiya üzrə tələblər və təminatlar aşağıdakı kimidir:
Vəzifə öhdəlikləri:
· Şirkətin maliyyə nəzarəti funksiyasını idarə etmək, maliyyə direktoruna mütəmadi və dəqiq idarəetmə hesabatları təqdim etmək.
· Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
· Satış, marja, əməliyyat xərcləri, inventar, itkilər, məhsul kateqoriyaları və digər əsas maliyyə göstəriciləri üzrə təhlillər hazırlamaq və rəhbərliyə təqdim etmək.
· Şirkətdə tətbiq olunan biznes proseslərinin və prosedurlarının yazılması, təhlili, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək.
· Maliyyə, satınalma, anbar, satış, ödəniş, təsdiq, xərc idarəetməsi və digər əlaqəli proseslər üzrə mövcud iş axınlarını analiz etmək, riskləri və nəzarət boşluqlarını müəyyən etmək.
· Balans hesablarının, gəlir və xərc maddələrinin, ehtiyatların, kreditor və debitor borclarının mütəmadi təhlilini və uzlaşdırılmasını təmin etmək.
· Audit proseslərində iştirak etmək, daxili və xarici auditorlara tələb olunan məlumat və izahların vaxtında təqdim olunmasını təmin etmək.
· Vergi, mühasibatlıq və digər aidiyyəti funksiyalarla koordinasiyalı işləyərək maliyyə məlumatlarının vahid və düzgün olmasını təmin etmək.
· Yeni nəzarət alətləri, hesabat formatları və analitik yanaşmalar tətbiq etməklə maliyyə idarəetməsinin səmərəliliyini artırmaq.
· Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.
· Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
Namizədə tələblər:
· Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)
· Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
· Komandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.
· Qərarvermə və problemləri həll etmə bacarığı
· Vaxtın və resursların effektiv idarə etmə bacarığı
· Strateji düşünmə və planlaşdırma bacarığı
· Güclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülük
· MS Excel üzrə yaxşı səviyyə
· Nəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığı
· Komanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları
Digər məlumatlar:
· Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
· Yanacaq kartı
· Nahar ilə təminat
· Könüllü tibbi sığorta paketi
· Korporativ mobil nömrə və aylıq danışıq limiti
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az ünvanına göndərə bilərlər



