· AFFA-nın brend strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, brendin inkişafını və vahid mövqeləndirilməsini təmin etmək;
· AFFA Brand Book və korporativ identikliyin bütün kommunikasiya kanallarında və layihələrdə düzgün tətbiqinə nəzarət etmək;
· AFFA-nın milli komandaları, yarışları, layihələri və yeni məhsulları üçün brend və marketinq konsepsiyalarının hazırlanmasını idarə etmək;
· Yeni marketinq və kommersiya məhsulları, layihələri və təşəbbüsləri irəli sürmək və onların hazırlanmasında iştirak etmək;
· AFFA-nın sponsorları və tərəfdaşları ilə marketinq, brendinq və aktivasiya layihələri üzrə əməkdaşlıq etmək;
· Sponsorluq paketləri, kommersiya təklifləri, təqdimatlar və digər marketinq materiallarının hazırlanmasında iştirak etmək;
· Sponsor və tərəfdaşların AFFA brendinə inteqrasiyasını və müqavilə üzrə marketinq aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;
· Marketinq kampaniyalarının, kreativ layihələrin və brend aktivliklərinin hazırlanması və icrasında iştirak etmək;
· UEFA, FIFA və digər beynəlxalq futbol təşkilatları ilə marketinq, kommersiya, brendinq və futbolun inkişafı istiqamətində əməkdaşlıq etmək;
· UEFA və FIFA-nın beynəlxalq təcrübəsini, proqramlarını və yeni imkanlarını araşdıraraq AFFA üçün uyğun təşəbbüslər irəli sürmək;
· Rəhbərlik üçün marketinq və kommersiya təqdimatları, konsepsiyalar, hesabatlar və təkliflər hazırlamaq;
· Yerli və beynəlxalq bazarda marketinq, sponsorluq, brendinq və fan engagement trendlərini izləmək və yeni imkanlar müəyyənləşdirmək;
· Marketinq Departamentinin digər istiqamətləri ilə sıx əməkdaşlıq edərək layihələrin koordinasiyasını və effektiv icrasını təmin etmək;
· Tabeliyində olan əməkdaşların və layihə komandalarının işini koordinasiya etmək və zəruri hallarda onlara metodoloji dəstək göstərmək;
· Brend və marketinq layihələri üzrə büdcənin planlaşdırılmasında və effektiv istifadəsinə nəzarətdə iştirak etmək.
Namizədə tələblər:
· Ali təhsil;
· Marketinq, brend menecmenti, kommersiya və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;
· Brend strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
· Marketinq və kommersiya layihələrinin idarə olunması üzrə praktiki təcrübə;
· Sponsorlar və biznes tərəfdaşları ilə əməkdaşlıq və danışıqlar aparmaq bacarığı;
· Təqdimatların, kommersiya təkliflərinin və layihə konsepsiyalarının yüksək səviyyədə hazırlanması;
· Kreativ düşüncə və yeni ideyalar irəli sürmək qabiliyyəti;
· Yüksək səviyyədə ingilis dili biliyi;
· Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
· MS Office proqramları, xüsusilə PowerPoint və Excel üzrə yaxşı istifadə bacarığı;
Üstünlük hesab olunur:
· İdman, futbol və ya sponsorluq sahəsində iş təcrübəsi;
· UEFA, FIFA və ya digər beynəlxalq idman təşkilatları ilə iş təcrübəsi;
Müraciət: Uyğun namizədlərdən CV-lərini “Brend Menecer” başlığı ilə hr@affa.az mail ünvanına göndərməyi xahiş olunur.



