Qəbul bölməsinin əməkdaşı (Resepsion)
İnzibati işlər şöbəsinin kiçik mütəxəssisi
Son müraciət tarixi : 7 Noyabr 2026
Haqqımızda
“PAŞA Həyat Sığorta” ASC Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən biri olaraq müştərilərinə innovativ, etibarlı və uzunmüddətli sığorta həlləri təqdim edir. Şirkət olaraq əməkdaşlarımızın peşəkar inkişafını, innovativ düşüncəni və davamlı öyrənmə mədəniyyətini dəstəkləyirik.
Əsas fəaliyyət istiqamətləri
Bu rolda siz:
- Müştəri və qonaqları qarşılayacaq, onları müvafiq struktur bölmələrlə əlaqələndirəcəksiniz;
- Telefon zənglərini cavablandıracaq və aidiyyəti struktur bölmələrə yönləndirəcəksiniz;
- Müştəri və qonaqların inzibati binaya giriş və çıxış prosedurlarını həyata keçirəcəksiniz;
- Müştəri və qonaqların sorğularını cavablandıracaqsınız;
- Daxili və xarici məktubları və sənədləri qəbul edərək aidiyyəti üzrə çatdıracaqsınız;
- Şirkətin kitabxanasının fəaliyyətinin təşkilinə dəstək göstərəcəksiniz;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıq və göstərişləri icra edəcəksiniz;
Peşəkar profiliniz
- İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
- Sahə üzrə iş təcrübəsi tələb olunmur;
- Azərbaycan dili – əla səviyyə;
- Rus dili – əla səviyyə;
- İngilis dili – orta səviyyə;
- MS Office proqramları üzrə orta səviyyədə bilik;
- İnzibati işlər və ya reception sahəsində təcrübə üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər : Müştəriyönümlülük, nəticəyönümlülük, güclü ünsiyyət və etimad yaratmaq bacarığı, komanda işi, əməkdaşlıq, keyfiyyət yönümlülük, analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik
- Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketi;
- Kritik xəstəliklər üzrə təminat təqdim edən Korporativ Həyat Sığortası;
- Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
- Ödənişsiz dayanacaq imkanı;
- “Dəyərlisən” platforması vasitəsilə müxtəlif güzəşt və endirimlər;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları.
*Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Hörmətli PAŞA Qrup əməkdaşı,
Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi careers@pasha-life.az vasitəsilə təqdim edə bilərsiniz.
İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır.



