DOST Agentliyinin “Könüllü DOST” proqramının “DigiDOST” altproqramına növbəti qeydiyyat başlayıb.
“DigiDOST” gənclərə rəqəmsal alətlər, texnologiya və onlayn platformalardan daha səmərəli istifadə etmək, proseslərin təkmilləşdirilməsi, məlumat bazalarının formalaşdırılmasını öyrənmək imkanları təqdim edir.
Altproqram iştirakçıları DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyət sahələrində uyğun sorğuların cavablandırılması, məlumat bazaları ilə iş, proseslərin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və s. istiqamətlərdə fəaliyyət göstərəcəklər.



