Dövlət İmtahan Mərkəzi texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr
Mərkəzin kağız daşıyıcılarda keçirdiyi bütün imtahanlar üçün sual kitabçaları və cavab vərəqlərinin avtomatlaşdırılmış rejimdə çapının və komplektasiyasının təşkilində iştirak;
Texnoloji çap xətlərinin idarə edilməsi, proqram və şəbəkə problemlərinin aradan qaldırılması;
PLC (Programmable Logic Controllers) / PAC (Programmable Automation Controllers) arxitekturası və proqramlaşdırması;
Elektrik sxemlərini oxuyub anlamaq;
Sensorlar, relelər və s. ilə işləmək;
Qapalı rejimli mühitdə (bunker şəraitində) fiziki iştirak tələb edən tapşırıqların dəqiq icrasını təmin etmək;
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Tələblər
Ali təhsil: Mexanika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ali təhsil;
İş stajı: Vəzifənin qulluq funksiyalarına əsasən ən azı 2 il iş stajı;
Xüsusi tələblər: PLC (Programmable Logic Controllers) / PAC (Programmable Automation Controllers) arxitekturası və proqramlaşdırılması, TCP/IP üzrə biliklər, C++ dilini bilmək əlavə üstünlükdür;
Xarici dil bilikləri: İngilis dili-B1.
Müraciət qaydası
Namizədlər 25 may 2026-cı il tarixinədək elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.



