spot_img
HomeKaryeraDövlət Miqrasiya Xidməti işə qəbul elan edir
spot_img

Dövlət Miqrasiya Xidməti işə qəbul elan edir

Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir.

Müsabiqə iki mərhələdən ibarətdir:
– Test imtahanı
– Söhbət

Vakant vəzifələrin tələblərinə cavab verən, ali təhsilə malik olan, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək arzusu olan namizədlərin qeydiyyatı 2026-cı il sentyabr ayının 28-dən oktyabr ayının 28-dək aparılacaq.

Müsabiqənin test imtahanı mərhələsi 4 dekabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Vakant vəzifələr:
Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 2 yer (inspektor)
Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi – 1 yer (inspektor) Lənkəran regional miqrasiya idarəsi – 3 yer (inspektor)
Şəki regional miqrasiya idarəsi – 3 yer (inspektor)
Xaçmaz regional miqrasiya idarəsi – 1 yer (inspektor)
Ağsu regional miqrasiya idarəsi – 2 yer (inspektor)
Şirvan regional miqrasiya idarəsi – 1 yer (inspektor)
Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzi – 1 yer (inspektor)

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar