Riyaziyyat sahəsində biliklərini inkişaf etdirmək, müəllimlik karyerasına güclü başlanğıc etmək və peşəkar komandada çalışmaq istəyirsənsə, bu fürsət sənin üçündür.
Tələblər:
• Orta məktəb riyaziyyat proqramını mükəmməl bilmək;
• Universitetin son kurs tələbəsi və ya yeni məzun olmaq;
• Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
• Öyrənməyə və peşəkar inkişafa açıq olmaq;
• Komandada işləmək və güclü ünsiyyət bacarıqlarına sahib olmaq;
• Müəllimlik sahəsində uzunmüddətli karyera qurmaq istəyi.
Nə təklif edilir?
• Təcrübəli müəllimlərin mentorluğu;
• Real dərs mühitində təcrübə qazanmaq imkanı;
• Peşəkar inkişaf üçün davamlı dəstək;
• Gələcəkdə müəllim kimi karyera yüksəlişi üçün perspektiv.
CV-nizi “Riyaziyyat Müəllimi Köməkçisi” başlığı ilə hr@edudistance.az elektron poçt ünvanına göndərin.



