spot_img
HomeKaryeraENSOL MMC "Xəritə mühəndisi" vakansiyası elan edir
spot_img

ENSOL MMC “Xəritə mühəndisi” vakansiyası elan edir

ENSOL MMC peşəkar komandaya qoşulmaq üçün “Xəritə mühəndisi” vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

-Layihələr üzrə topoqrafik və geodeziya işlərinin planlaşdırılması, təşkili və icrasını təmin etmək;
-Tunel, mikrotunel, magistral su, kanalizasiya və digər yeraltı mühəndis-kommunikasiya layihələrində geodeziya işlərini həyata keçirmək;
-Tikinti sahəsində topoqrafik ölçmə, tətbiq (setting out) və nəzarət ölçmələrini aparmaq;
-Total Station, GNSS/GPS, nivelir və digər geodeziya avadanlıqlarından istifadə etməklə yüksək dəqiqlikli ölçmə işlərini yerinə yetirmək;
-Layihə üzrə koordinatların və tətbiq nöqtələrinin sahəyə köçürülməsini təmin etmək;
-Topoqrafik çəkilişləri, icra çəkilişlərini (As-Built) və ölçmə nəticələrini hazırlamaq;
-Geodeziya aktlarını, topoqrafik hesabatları, icra sxemlərini və digər texniki sənədləri hazırlamaq;
-AutoCAD, Netcad və digər proqram təminatlarında ölçmə nəticələrini emal etmək;
-Tikinti-quraşdırma işlərinin həcm hesablamalarını aparmaq;
-Layihə üzrə həftəlik və aylıq texniki hesabatları hazırlamaq;
-Sahədə görülən işlərin layihəyə və texniki tələblərə uyğunluğunu təmin etmək.

Tələblər:
-Geodeziya, Xəritəçilik, Kartoqrafiya və ya müvafiq ixtisas üzrə ali təhsil;
-Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
-Tunel və ya mikrotunel layihələrində minimum 3 il iş təcrübəsi (məcburi tələb);
-Magistral su, kanalizasiya, kollektor və digər yeraltı infrastruktur layihələrində iş təcrübəsi üstünlükdür;
-AutoCAD, Netcad və Civil 3D proqramlarını yaxşı səviyyədə bilməli;
-Total Station, GNSS/GPS, nivelir və digər geodeziya avadanlıqları ilə işləmək bacarığı;
-Topoqrafik sənədləşmə, geodeziya aktları və icra sxemlərinin hazırlanmasını bilməli;
-Tikinti-quraşdırma işlərinin həcm hesablamalarını bacarmalı;
-Analitik düşünmə, məsuliyyətlilik, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.

Əmək haqqı:
Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
İş qrafiki: 6 günlükdür.
İş yeri: Bakı şəhəri

Tələblərə cavab verən namizədlərdən mövzu başlığında “Xəritə Mühəndisi” qeyd etməklə CV-lərini cv@ensol.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar