Erasmus+ layihəsi üçün qeydiyyatdan keçməyə tələsin!
Gənclərlə işləyirsənsə, Erasmus+ proqramı haqqında biliklərini artırmaq və beynəlxalq təcrübə qazanmaq istəyirsənsə, “Blueprints for Change: Crafting Youth Exchanges that Empower Communities” layihəsinə qoşul!
Layihə çərçivəsində iştirakçılar Erasmus+ Gənclər Mübadiləsi layihələrinin hazırlanması və idarə olunması, qeyri-formal təhsil metodları, inklüziv yanaşmalar, eləcə də rəqəmsal və AI alətlərinin gənclər işində tətbiqi üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Azərbaycan, Türkiyə, Malta, Latviya və Rumıniyadan olan iştirakçılarla birlikdə öyrənmək, təcrübə mübadiləsi aparmaq və yeni beynəlxalq əməkdaşlıqlar qurmaq fürsətini qaçırmayın!
Trabzon, Türkiyə
11–20 avqust 2026



