spot_img
HomeBeynəlxalq LayihələrESC könüllüləri üçün təlim kursu - müraciət et
spot_img

ESC könüllüləri üçün təlim kursu – müraciət et

Avropa Həmrəylik Korpusu (ESC) könüllülərinə dəstək sahəsində yenisiniz? Bu təlim kursuna qoşularaq mentorluq bacarıqlarınızı inkişaf etdirə, könüllülərin rifahını və inteqrasiyasını dəstəkləyə, çətinliklərin həllini və mənalı öyrənmə prosesinin təşviqini öyrənə bilərsiniz

Məkan: Tunis
Tarix: 16-21 noyabr 2026

Kimlər müraciət edə bilərlər?

Bu təlim əsasən Avropa Həmrəylik Korpusu çərçivəsində Keyfiyyət Nişanına (Quality Label) malik təşkilatlarda fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub:

• Məhdud təcrübəyə malik mentorlar;
• ESC könüllülərinə mentorluq sahəsində təcrübəsi olmayan gələcək mentorlar;
• Öz yanaşmalarını yenidən qiymətləndirmək və təcrübələrini bölüşmək istəyən təcrübəli mentorlar.

Təlim iştirakçıları nələri öyrənəcəklər?

• ESC proqramında mentorun rol və məsuliyyətlərini müəyyən edə biləcəklər;
• Könüllülərin yerli və mədəni inteqrasiyasını dəstəkləyə biləcəklər;
• Könüllülərin rifahının layihədən əvvəl, layihə müddətində və sonra qorunmasına töhfə verəcəklər;
• Münaqişə və böhran vəziyyətlərinin idarə edilməsində iştirak edə biləcəklər;
• İnklüziv mentorluq metodlarından istifadə etməyi öyrənəcəklər;
• Könüllülərin öyrənmə nəticələrinin tanınması və qiymətləndirilməsinə dəstək göstərə biləcəklər;
• Youthpass və digər refleksiya alətlərindən istifadə etməyi öyrənəcəklər;
• Təlim zamanı təqdim olunan mentorluq metodları və kommunikasiya texnikalarını tətbiq edə biləcəklər.

Proqramın tarixləri

• Gəliş günü: 16 noyabr 2026 (şam yeməyi ilə)
• Təlim günləri: 17–20 noyabr 2026
• Gediş günü: 21 noyabr 2026 (səhər yeməyindən sonra)

Təlimdən əvvəl iştirakçılar üçün onlayn tanışlıq sessiyası keçiriləcək:

14 oktyabr 2026
14:00–15:30 (CEST)

Maliyyə şərtləri

Yerləşmə və qidalanma xərcləri təşkilatçılar tərəfindən qarşılanır.  Səyahət xərclərinin ödənilməsi ölkənizin Milli Agentliyi və ya SALTO Resurs Mərkəzinin qaydalarına uyğun olaraq həyata keçirilə bilər. Bununla bağlı məlumat üçün müvafiq qurumla əlaqə saxlamaq tövsiyə olunur

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar