Xaricə çıxa bilmirsən? Amma yeni mədəniyyətlər tanıyaraq yay aylarını sərfəli keçirtmək istəyirsən?
O zaman Global Host (Qonaq Ailə) olmaq tam sənlikdir!
Global Host olaraq sən dünyanın fərqli nöqtələrindən gələn beynəlxalq könüllünü müəyyən müddət ərzində öz evində qonaq edəcək, onun Azərbaycana uyğunlaşmasına dəstək olacaq və ona unudulmaz bir təcrübə yaşadacaqsan.
Bu təcrübə sənə:
Xarici dil bacarıqlarını inkişaf etdirmək
Fərqli mədəniyyətləri yaxından tanımaq
Dünyanın müxtəlif ölkələrindən dostlar qazanmaq
Azərbaycanın qonaqpərvərliyini və mədəniyyətini paylaşmaq imkanı yaradacaq
Qonaqlama müddəti: ən azı 1 həftə.
Proqram çərçivəsində host ailələr üçün nəzərdə tutulmuş dəstək mexanizmi də mövcuddur.
Bəzən dünya sənin evinə gəlir. Sən də qoşul!
+994 50 751 46 73



