Sosial media sahəsində karyeranıza başlamaq və real layihələr üzərində təcrübə qazanmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
Sosial media hesablarının idarə edilməsində dəstək olmaq;
Kontent planının hazırlanmasında iştirak etmək;
Post və storilər üçün mətnlərin hazırlanmasına dəstək vermək;
Dizayn komandası ilə koordinasiyalı işləmək;
Sosial media statistikalarını izləmək və hesabatların hazırlanmasına kömək etmək;
Trendləri araşdırmaq və yeni kontent ideyaları təklif etmək.
Tələblər:
SMM sahəsində inkişaf etmək istəyi;
Azərbaycan dilində yazılı ünsiyyət bacarığı (ingilis dili üstünlükdür);
Kreativ düşüncə və məsuliyyətli yanaşma;
Canva və ya oxşar alətlərdən ilkin səviyyədə istifadə bacarığı üstünlükdür;
Komandada işləmək bacarığı.
Təklif edirik:
3 aylıq təcrübə proqramı;
Aylıq 200 AZN təcrübə dəstəyi;
Real layihələr üzərində işləmək imkanı;
Təcrübəli komanda ilə inkişaf mühiti;
Uğurlu namizədlər üçün gələcək əməkdaşlıq imkanı.
İş yeri: Arena Plaza, Koroğlu m. yaxınlığı
İş qrafiki: Bazar ertəsi – Cümə | 10:00 – 19:00
Müraciət şərtləri:
✔ İşsiz statusunda olmaq;
✔ Əyani tələbə olmamaq;
✔ Namizədin adına aktiv VÖEN olmaması;
CV-lərinizi hr@globalsoft.az ünvanına “SMM Intern” başlığı ilə göndərə bilərsiniz. bunu paylasmaq isatəyirəm düzəlt də şəklin üzərində yazı nə olsun yazını yaz



