Sea Breeze “Golfcar sürücüsü” vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
• Golfcar vasitələrinin təhlükəsiz və düzgün idarə olunması;
• Müştərilərin təyin olunmuş istiqamətlər üzrə daşınması;
• Müştərilərlə nəzakətli və peşəkar ünsiyyətin qurulması;
• Nəqliyyat vasitəsinin səliqəli saxlanılması;
• İş intizamına və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Tələblər:
• B kateqoriyalı sürücülük vəsiqəsi;
• Sürücülük təcrübəsi minimum 2 il;
• Rus dili biliyi mütləqdir;
• İngilis dili biliyi arzuolunandır;
• Müştəriyönümlü yanaşma və yüksək ünsiyyət bacarığı;
• Məsuliyyətli, punktual və intizamlı olmaq.
Vakansiya ilə maraqlanan namizədlər, CV-lərini mövzu hissəsində “Golfcar sürücü” qeyd etməklə e.abdullayeva@seabreeze.az ünvanına göndərə bilərlər.



