Publik hüquqi şəxsə analitika funksiyasının sıfırdan formalaşdırılması və data əsaslı qərarların qəbulu mühitinin yaradılması prosesinə rəhbərlik edəcək vizyoner peşəkar axtarılır.
Əsas məsuliyyətlər:
• Qeyri-standart və fraqmentasiya olunmuş mühitdə analitika funksiyasını sıfırdan qurmaq;
• Müxtəlif şöbələr (Maliyyə, IT, Əməliyyat və s.) ilə işləyərək məlumatların inteqrasiyasını təmin etmək;
• Məlumatların vizuallaşdırılması və idarəetmə üçün istifadəyə yararlı formaya gətirilməsi;
• Analitika funksiyasının gələcəkdə miqyaslana bilən modelinin formalaşdırılması.
Tələblər (Must-have):
• Analitika / Data / BI funksiyasının qurulması və ya ciddi transformasiyası üzrə real təcrübə;
• Çoxmənbəli və natamam datalarla işləmə təcrübəsi;
• Biznes, maliyyə və ya əməliyyat datalarını idarəetmə qərarlarına çevirmə bacarığı;
• Çarpaz funksional mühitdə işləmə və təsir etmə bacarığı;
• Data vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) üzrə praktiki anlayış;
• SQL və ya digər analitik alətlərlə praktiki səviyyədə işləmə bacarığı.
Üstünlükdür:
• Dövlət qurumları və ya iri təşkilatlarda müvafiq təcrübə;
• Data Governance və ya hesabat standartlarının qurulması üzrə təcrübə;
• MIS / ERP / BPM / BI sistemləri ilə inteqrasiya layihələrində fəal və real iştirak.
Nə təklif edilir?
• Genişmiqyaslı və ölkə əhəmiyyətli bir layihədə iştirak etmək imkanı;
• Professional komanda ilə peşəkar inkişaf mühiti;
• Strateji qərarların verilməsində birbaşa iştirak və təsir imkanı.
• Rəqabətqabiliyyətli əmək haqqı
Müraciət üçün: CV-nizi talent.pool.baku@gmail.com ünvanına göndərə bilərsiniz



