Maliyyə üzrə Təcrübə Proqramı: Holcim Azərbaycan Maliyyə üzrə 3 aylıq Təcrübə Proqramına müraciətləri açıq elan edir.
Bu proqram iştirakçılara nəzəri biliklərini real iş mühitində tətbiq etmək, peşəkar komandalarla işləmək və korporativ təcrübə qazanmaq imkanı yaradacaq. Təcrübə müddəti ərzində iştirakçılar maliyyə funksiyaları ilə yaxından tanış olacaq, gündəlik iş proseslərində iştirak edəcək və gələcək karyeraları üçün dəyərli bacarıqlar əldə edəcəklər.
Proqram sizə nə qazandıracaq?
Maliyyə sahəsində praktiki iş təcrübəsi;
Peşəkar mütəxəssislərlə birgə işləmək imkanı;
Korporativ iş mühiti ilə yaxından tanışlıq.
Təcrübə proqramını uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.
Müraciət üçün son tarix: 8 İyun, 2026
Proqramın müddəti: 3 ay
İş yeri: Holcim Azərbaycan Bakı Ofisi
aze-hr-cv@holcim.com email adresinə müraciət edə bilərsiniz.



