spot_img
HomeKaryeraİctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
spot_img

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

İş öhdəliklərinin təsviri

•    Universitetin kommunikasiya strategiyasının icrasının təmin edilməsi;
    Şöbənin fəaliyyətinin planlaşdırılması və komandanın idarə edilməsi;
    Media ilə əlaqələrin qurulması və idarə olunması (press-relizlər, müsahibələr, çıxışlar);
•    Rəqəmsal kommunikasiya kanallarının (veb sayt, sosial media) idarə edilməsi;
•    Böhran kommunikasiyası planlarının hazırlanması və tətbiqi;
•    Universitet daxilində daxili kommunikasiya sisteminin qurulması (akademik və inzibati heyət üçün);
•    Brend standartlarının hazırlanması və tətbiqinə nəzarət edilməsi;
•    Tədbirlərin (konfrans, forum, rəsmi görüşlər) təşkili və kommunikasiya dəstəyinin təmin edilməsi;
•    Şöbənin fəaliyyəti ilə bağlı rəhbərliyə təkliflərin verilməsi və hesabatlılığın təmin edilməsi.
 

Tələblər

•    Müvafiq sahə üzrə ali təhsil; 
•    Kommunikasiya və ya marketinq sahəsində ən azı 5 il iş təcrübəsi, rəhbər və idarəedici vəzifədə ən azı 2 il iş təcrübəsi (sözügedən təcrübənin təhsil sahəsində olması üstünlükdür);
•    Strateji kommunikasiya planlarının hazırlanması və icrası təcrübəsi;
•    Rəqəmsal kommunikasiya və sosial media idarəçiliyi;
•    Böhran kommunikasiyası üzrə təcrübə; 
•    Analitik düşünmə və kommunikasiya effektivliyinin ölçülməsi bacarığı;
•    Liderlik və komanda idarəetməsi bacarığı;
•    Dinamik və dəyişkən mühitdə operativ qərarvermə bacarığı;
•    Yaradıcı yanaşma və innovativ düşüncə nümayişi;
•    Akademik mühitlə işləmək bacarığı və etik həssaslıq;
•    Müasir informasiya və kommunikasiya texnologiyaları ilə işləmək bacarığı;
•    Azərbaycan dili və xarici dillərdə (ingilis və rus dili) yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığı.
 

Müraciət etmək üçün

Namizədlər CV-lərini mövzu hissəsində “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri” qeyd etməklə hr@karabakh.edu.az elektron poçt ünvanına təqdim edə bilərlər.

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar