Yenilikçi düşüncəyə malik, öyrənməyə açıq və peşəkar inkişaf yolunda addımlamaq istəyirsənsə, bu proqram sənin üçün ideal fürsətdir!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu proqramda:
Layihə və tədbirlərin təşkili prosesində iştirak edəcəksən;
Öz potensialını kəşf edəcəksən;
Aktiv və dinamik komandanın üzvü olacaqsan;
Nazirliyin tabeliyində olan dövlət qurumlarında institusional təcrübə qazanacaqsan.
Proqramın sonunda uğurla iştirak edən könüllülərə sertifikat təqdim ediləcək.
Müraciətləri uğurlu olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Təcrübə müddəti: 3 ay
Yaş həddi: 18–29 yaş
Son müraciət tarixi: 15 noyabr 2025
Fərqli təcrübələr qazan, komanda ruhunu hiss et və innovativ ailənin bir hissəsinə çevril!



