spot_img
HomeKaryeraİnsan Resursları üzrə kiçik mütəxəssis Vakansiyası
spot_img

İnsan Resursları üzrə kiçik mütəxəssis Vakansiyası

Vakansiya: İnsan Resursları üzrə kiçik mütəxəssis
Şirkət: Azertexnolayn MMC – Polietilen Məmulatları Zavodu
Cins: Kişi
İş yeri: Sumqayıt Sənaye Parkı
İş rejimi: Həftə içi 5 gün, 09:00–18:00

Şirkət tərəfindən təmin edilir:
– Bakı şəhərindən servis xidməti
– Nahar
– Telefon

Vəzifə öhdəlikləri:
– Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam proseslərinin icrası
– Elektron informasiya sistemində (əmək müqavilələri, əmrlər, məzuniyyətlər və s.) bütün rəsmiləşdirmə işlərinin aparılması
– İşçilərin işə qəbul, işdən çıxış və vəzifə dəyişiklikləri ilə bağlı sənədləşmənin həyata keçirilməsi
– Gündəlik işə davamiyyətə nəzarət və hesabatların hazırlanması
– Aylıq tabel (iş vaxtının uçotu) və əməkhaqqı hesablanması üçün məlumatların hazırlanması
– Əmrlərin (məzuniyyət, ezamiyyət, intizam və s.) hazırlanması və qeydiyyatı
– İllik məzuniyyət və təlim planlarının hazırlanmasında iştirak və icrasına nəzarət
– İşçi heyətinə Əmək Məcəlləsi və daxili qaydalarla bağlı ilkin məlumatların verilməsi
– HR sənədlərinin düzgün saxlanılması və arxivləşdirilməsi
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası

Tələblər:
– Ali təhsil
– 1–2 il müvafiq sahədə iş təcrübəsi
– MS Office proqramları (xüsusilə Excel) üzrə yaxşı biliklər
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə baza bilikləri
– Analitik düşüncə, düzgün ünsiyyət, komanda ilə işləmə və öyrənməyə açıqlıq.

Uyğun namizədlər “İR üzrə kiçik mütəxəssis” mövzu başlığı ilə CV-lərini
hr@azertexnolayn.com elektron ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar