spot_img
HomeKaryeraİnsan resursları üzrə aparıcı mütəxəssis VAKANSİYASI
spot_img

İnsan resursları üzrə aparıcı mütəxəssis VAKANSİYASI

Dövlət sektorunda insan resurslarının idarə olunması istiqamətində peşəkar fəaliyyət göstərmək, əmək qanunvericiliyi, normativ-hüquqi sənədlərlə iş və insan resursları proseslərinin təkmilləşdirilməsi sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən namizədləri Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birində İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik.

Vəzifə öhdəlikləri:
İnsan resurslarının idarə olunması istiqamətində normativ-hüquqi sənədlərin, daxili qayda, prosedur, təlimat və metodiki sənədlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
İnsan resursları proseslərinin dövlət sektorunun tələblərinə, qüvvədə olan qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilini təmin etmək;
İnsan resursları siyasətinin və prosedurlarının tətbiqi ilə bağlı struktur bölmələrinə metodiki dəstək göstərmək və daxil olan sorğuları cavablandırmaq;
Performansın qiymətləndirilməsi, təlim və inkişaf, karyera planlaması və digər insan resursları istiqamətləri üzrə proseslərin təhlilində və təkmilləşdirilməsində iştirak etmək;
İnsan resursları üzrə statistik məlumatların toplanması, sistemləşdirilməsi, təhlili və analitik hesabatların hazırlanmasını həyata keçirmək;
İnsan resursları fəaliyyəti ilə bağlı rəsmi yazışmaların, xidməti sənədlərin hazırlanmasını və elektron sənəd dövriyyəsinin müəyyən edilmiş prosedurlara uyğun idarə olunmasını təmin etmək;
İnsan resursları sahəsində həyata keçirilən layihə və təşəbbüslərin icrasında iştirak etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:
Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, Hüquq, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin idarə olunması və ya digər uyğun ixtisaslar);
İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əmək qanunvericiliyi və insan resursları sahəsini tənzimləyən normativ-hüquqi aktlar üzrə dərin biliklər;
Analitik düşünmə, məlumatların sistemləşdirilməsi və təhlili bacarığı;
Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel, Microsoft Word və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Yüksək kommunikasiya, koordinasiya, planlaşdırma və təşkilatçılıq bacarıqları.

Üstünlük veriləcək:
Dövlət sektorunda və ya dövlətə bağlı qurumlarda iş təcrübəsi;
Elektron sənəd dövriyyəsi sistemləri (ESD) ilə iş təcrübəsi.

Son müraciət tarixi: 14.07.2026
İş qrafiki: 5 günlük (09:00–18:00)
Müraciət:
CV-lərinizi cv@edu.gov.az ünvanına göndərə və ya LinkedIn üzərindən birbaşa əlaqə saxlaya bilərsiniz.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üçün nəzərdə tutulub. Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə növbəti mərhələ üzrə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar