Vəzifə: İnsan Resursları üzrə Köməkçi
Məkan: Bakı, Ağ şəhər, 8 Noyabr pr.
İş rejimi: Tam iş günü (Bazar ertəsi – Cümə, 09:00 – 18:00)
Əsas öhdəliklər:
• İşəqəbul prosesinə dəstək göstərilməsi (elanların yerləşdirilməsi, CV-lərin ilkin çeşidlənməsi, namizədlərlə əlaqə saxlanılması və müsahibələrin planlaşdırılması);
• Kadrlarla bağlı gündəlik sənədləşmə işlərinin (əmrlər, əmək müqavilələri, məzuniyyət formaları və s.) hazırlanmasına köməklik göstərilməsi;
• Əməkdaşların davamiyyət göstəricilərinin və şəxsi işlərinin qaydada saxlanılması;
• İR departamentinin daxili layihələrində və korporativ tədbirlərin təşkilində iştirak edilməsi.
Namizədə olan tələblər:
• Ali təhsil (Ali təhsilini yeni bitirmiş və ya sonuncu kurs tələbələri də müraciət edə bilər);
• İnsan Resursları sahəsində karyera qurmaq həvəsi və motivasiya;
• MS Office proqramları (MS Word, MS Excel) ilə bazis/orta səviyyədə işləmək bacarığı;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsasları haqqında məlumatlı olmaq üstünlükdür;
• Yüksək ünsiyyət, komandada işləmək və məsuliyyətlilik bacarıqları.
Nə təklif edilir:
• İR sahəsində real təcrübə qazanmaq və peşəkar kimi yetişmək imkanı;
• Rəqabətqabiliyyətli əməkhaqqı;
• Gənc, mehriban və dəstəkləyici komanda mühiti.
Müraciət üçün:
Maraqlanan namizədlər CV-lərini toghrul.guluyev@gmail.com ünvanına, mövzu hissəsində “İnsan Resursları üzrə Köməkçi” qeyd edərək göndərə bilərlər.



