spot_img
HomeKaryeraİnsan Resursları üzrə Mütəxəssis vakansiyası
spot_img

İnsan Resursları üzrə Mütəxəssis vakansiyası

Vakansiya:

İş yeri: Baku Medical Plaza Klinikası – Babək filialı

Tələblər

•Ali təhsil;
•İnsan Resursları əməliyyatları sahəsində 1–3 il iş təcrübəsi;
•Əmək qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət və s.);
•Müvafiq e-platformalarda əməliyyatların aparılması bacarığı;
•MS Office proqramlarından sərbəst istifadə bacarığı;
•Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri

•Müqavilələrin, əmrlərin, hesabatların və İR ilə bağlı digər sənədlərin hazırlanması, emalı və arxivləşdirilməsi;
•İR məlumatlarının elektron hökumət portalına və müvafiq proqram təminatlarına daxil edilməsi;
•Saatlıq icazələrin uçotunun aparılması və matrisasının hazırlanması;
•Yeni işçilərin qeydiyyat prosesinin təşkili, onboarding prosesinin həyata keçirilməsi;
•İşdən çıxan əməkdaşlarla bağlı əməliyyatların icrası;
•Dövlət qurumlarından və digər strukturlardan daxil olan sorğuların cavablandırılması;
•Əməkdaşların davamiyyətinin izlənilməsi və qeydiyyatının aparılması;
•Müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
•Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
•Əmək haqlarının, son haqq-hesabların və məzuniyyət haqlarının hesablanaraq ödənişə göndərilməsi;
•Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılması;
•Əməkdaşlar arasında yaranan münaqişələrin vəzifə səlahiyyətləri çərçivəsində həllinə dəstək göstərilməsi;
•Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
•İş şərtləri
•İş qrafiki: 6 günlük iş həftəsi;
•İş saatları:
•Bazar ertəsi – Cümə: 08:00 – 17:00
•Şənbə: 08:00 – 12:00
•Əmək haqqı: 900 AZN;
•Karyera inkişafı imkanları;
•Peşəkar və mehriban iş mühiti.

Müraciət qaydası

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə hr@azeraholding.az elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar