spot_img
HomeKaryeraİnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis vakansiyası
spot_img

İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis vakansiyası

Şirkət: Zəfər Bağları MMC

Namizədə dair tələblər:

Texniki bacarıqlar
· Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya rus dili biliyi üstünlük hesab olunur;
· Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə mükəmməl biliklər;
· Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel);
· 1C 8.3 proqramı üzrə İnsan Resursları və əmək haqq modullarının istifadəsi üzrə biliklər.

Yumşaq bacarıqlar
· Təşəbbüskarlıq;
· Detallara diqqət və komandada işləmə bacarığı;
· Məsuliyyətli;
· Operativ və nəticəyönümlü olmalı.

Xüsusi tələblər:
· Ali təhsil (İnsan Resursları, Hüquq, Menecment və ya əlaqəli sahələr üzrə);
· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il;
· Şirkət ofisi Ağdam şəhərində yerləşdiyi üçün yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifə öhdəlikləri:
· İşə qəbul, elektron əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi proseslərinin Əmək Məcəlləsinə uyğun icrası;
· Əmək qanunvericiliyi və daxili prosedurlara uyğun olaraq İnsan Resursları sənədlərinin düzgün və vaxtında hazırlanması;
· Əmək intizamının təmin olunması və tənbeh tədbirlərinin qanunvericiliyə əsasən sənədləşdirilməsi;
· İşçilərin vəzifə dəyişikliyi, ixtisar və digər kadr dəyişikliklərinin qanunvericiliyə uyğun təşkili və sənədləşdirilməsi;
· Avtomatlaşdırılmış sistem üzərindən əmək haqqı hesablanmasının icra edilməsi;
· Ofis daxilində inzibati və təsərrüfat işlərinin təşkili, dəftərxana və təminat məsələlərinə nəzarət.

İş şərtləri:
· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
· Nahar şirkət tərəfindən təmin edilir
· İş yeri: Ağdam şəhəri
· Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

Müraciət üçün son tarix: 27.08.2026

CV-lərinizi hr@zafarbaglari.az ünvanına “İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis” başlığı ilə göndərə bilərsiniz.

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar