spot_img
HomeKaryeraİnsan Resurslarının İdarə olunması üzrə Təlim-Təcrübə Proqramı
spot_img

İnsan Resurslarının İdarə olunması üzrə Təlim-Təcrübə Proqramı

Biz, İnsan resursları sahəsində bilik və təcrübəsini artırmaq istəyən işsiz şəxslər və ya yeni məzunlar üçün Təlim – Təcrübə proqramı təşkil edirik. Bu proqram çərçivəsində İnsan resursları ilə bağlı nəzəri biliklərin əldə edilməsini, real iş şəraitində insan resursları prosesləri ilə tanış olunmasını və peşəkar bacarıqların inkişaf etdirilməsini təmin edirik.

İş barədə məlumat:
✓ Aylıq Əmək Haqqı: 200 manat;
✓ Müddət: 2 ay;
✓ İş rejimi: 5 günlük, Həftə içi saat 10:00-16:00
✓ Dövlət Məşğulluq Agentliyi tərəfindən “müdavim müqaviləsi” bağlanılır;
✓ Peşəkar İnsan Resursları təlimçisindən öyrənmək fürsəti və təcrübə mübadiləsi;
✓ Sertifikat və gələcək iş imkanları;
✓ Rahat və dəstəkləyici iş mühiti;

Bu müddətdə öyrənəcəksiniz:
✓ İnsan Resurslarının əsasları və vəzifələri;
✓ İşə qəbul prosesləri və namizəd seçimi;
✓ Əmək qanunvericiliyinin əsasları;
✓ İşçi sənədləşməsi və daxili idarəetmə;
✓ ƏMAS sistemində icra edilən əməliyyatlar;
✓ Bütün əmrlərin və ərizələrin hazırlanması;
✓ Əmək haqqı və tabel cədvəllərinin hazırlanması;
✓ Son haqq hesabların hesablanması;
Tələblər:
✓ İnsan Resursları prinsipləri haqqında ilkin biliklərə malik olmaq üstünlükdür;
✓ İnsan Resursları, İqtisadiyyat və ya əlaqəli sahədə təhsil almış şəxslərə və ya yeni məzunlara üstünlük verilir;
✓ Azərbaycan dilində yazılı və şifahi kommunikasiya bacarığı arzuolunandır;
✓ Hal-hazırda işsiz olan və VÖEN olmayan şəxslər;
✓ Qiyabi təhsil alan şəxslər;
✓ İnsan Resursları sahəsində karyera qurma

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “İnsan Resurslarının İdarə olunması” Təlim -təcrübə Proqramı yazısı ilə 15.10.2025- ci il tarixinədək hr@greenhrm.az səhifəsinə və ya 055 211 16 65 (Watsapp) nömrəsinə göndərilməsi xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar