spot_img
HomeKaryeraİqtisadiyyat və Biznes Yüksək Təhsil fakültəsinin koordinatoru vakansiyası
spot_img

İqtisadiyyat və Biznes Yüksək Təhsil fakültəsinin koordinatoru vakansiyası

Xəzər Universiteti İqtisadiyyat və Biznes Yüksək Təhsil fakültəsinin koordinatoru vəzifəsinə vakansiya elan edir.

Tələb olunan bilik, bacarıq və vərdişlər:

· Magistr dərəcəsi (iqtisadiyyat, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə);
· Ali təhsil müəssisəsində iş təcrübəsi arzuolunandır;
· İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları;
· Yüksək səviyyədə kommunikasiya və təşkilatçılıq bacarıqları;
· MS Office proqramları üzrə sərbəst işləmə bacarığı;
· Komanda daxilində işləmək bacarığı, məsuliyyətlilik və dəqiqlik;
· Tədbirlərin (seminarlar, elmi müdafiənin təşkili və təlimlər) təşkili üzrə təcrübənin olması üstünlükdür.

Fakültənin koordinatoru aşağıdakı fəaliyyətləri həyata keçirir:

· Dekanlıq tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fakültənin gündəlik inzibati işlərinin əlaqələndirilməsi;
· Tələbələrin sənədləşmə proseslərinin izlənilməsi və müvafiq bölmələrlə əlaqələndirilməsi;
· Fakültə daxilində keçirilən seminar, elmi müdafiə və təlimlərin təşkili işlərinin koordinasiyası;
· Dekanlıq və müxtəlif bölmələr arasında məlumat mübadiləsinin təmin edilməsi;
· Fəaliyyətə dair hesabatların hazırlanması;
· Tədris prosesi ilə bağlı cari sənədləşmə və qeydiyyat işlərinin aparılması.

Müraciət üçün tələb olunan sənədlər

· CV;
· Müraciət məktubu.

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər avqustun 25-nə qədər greconomics@khazar.org elektron poçtuna tələb olunan sənədləri təqdim edə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar