Gənclərin Karyera və İnkişaf Platformasının növbəti təlim mövzusu “İş dünyasına hazırlıq – Ən çox axtarılan əməkdaş profilləri”dir.
Təlim zamanı iştirakçılar:
- Əmək bazarında ən çox tələbat olan peşələr;
- İşəgötürənlərin axtardığı əməkdaş profilləri;
- Müasir iş mühitinə hazırlıq yolları ilə tanış olacaqlar.
Təlim karyera məsləhətçisi Mahirə Quluzadə tərəfindən keçiriləcək.
Tarix: 11 oktyabr, saat 11:00
Məkan: Gənclər Təşkilatlarının Resurs Mərkəzi
(Globus Centre, 13-cü mərtəbə)
İştirak ödənişsizdir və təlimin sonunda iştirakçılara onlayn sertifikat təqdim olunacaq.



