Birbank – “İT Hüquqlar və Texniki Dəstək” üzrə təcrübəçi vakansiyası elan edir!
Tələblər:
• Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya müvafiq sahə üzrə);
• İT sahəsinə maraq və öyrənməyə yüksək motivasiya;
• Analitik düşüncə və problem həlletmə bacarığı;
• MS Office proqramları ilə işləmə bacarığı;
• Domain mühiti, Active Directory, Group Policy prinsipləri barədə ilkin anlayış;
• Şəbəkə texnologiyaları üzrə anlayış (IP, DHCP, DNS, Gateway, VLAN, VPN, Proxy və s.);
• Müasir kommunikasiya və əməkdaşlıq platformalarından (Teams, Outlook və s.) istifadə bacarığı;
• İstifadəçilərlə ünsiyyət qurmaq və texniki məlumatı sadə formada izah etmək bacarığı;
• Yeni texnologiyaları və proqram təminatlarını mənimsəməyə hazırlıq.
Vəzifə öhdəlikləri:
• İstifadəçilərin texniki müraciətlərinin qəbul edilməsi və ilkin diaqnostikanın aparılması;
• Kompüter, printer, şəbəkə və digər avadanlıqlarla bağlı yaranan problemlərin həllinə dəstək göstərmək;
• Müraciətlərin qeydiyyatını aparmaq və müvafiq sistemdə (JIRA) izləmək;
• Müştəri və əməkdaşlara texniki dəstək üzrə istiqamətləndirici məlumatlar təqdim etmək;
• Müasir helpdesk alətlərindən (ManageEngine Endpoint Central, TightVNC və s.) istifadəni öyrənmək və tətbiq etmək.
Təklif olunanlar:
• Təcrübəli İT mütəxəssisləri ilə birgə işləmək və real iş mühitində təcrübə qazanmaq imkanı;
• Texniki bilikləri təkmilləşdirmək və müxtəlif İT sistemləri ilə tanış olmaq fürsəti;
• Böyük və dinamik komanda mühitində komanda işi bacarıqlarını inkişaf etdirmək;
• Peşəkar İT karyerasına başlamaq üçün əla başlanğıc nöqtəsi.



