Globalsoft şirkəti IT sahəsində karyera qurmaq istəyən satış meneceri (təcrübəçi) axtarır.
Təcrübə proqramı:
– Müddət: 3 ay
– Təqaüd: 200 AZN / ay
– Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün daimi iş imkanı
Namizədə tələblər:
– Güclü ünsiyyət və təqdimat bacarıqları;
– Öyrənməyə həvəsli və məsuliyyətli olmaq;
– Satış və IT sahəsində karyera qurmaq istəyi;
– Komandada işləmə bacarığı.
Mütləq şərtlər:
– Rəsmi iş yeri olmamalıdır.
– Tələbə statusu olmamalıdır.
– Adına aktiv VÖEN olmamalıdır.
Təcrübə müddətində öyrənəcəkləriniz:
– IT məhsul və xidmətlərinin satış prosesi;
– Müştərilərlə effektiv ünsiyyət və ehtiyacların müəyyənləşdirilməsi;
– Kommersiya təkliflərinin hazırlanması;
– CRM sistemləri ilə işləmək;
– Satış prosesinin idarə edilməsi.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini “Sales Manager Intern” başlığı ilə hr@globalsoft.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.



