spot_img
HomeKaryeraKargüzar vakansiyası
spot_img

Kargüzar vakansiyası

Kargüzar
Bakı
Beynəlxalq Audit Mərkəzi

Sənəd dövriyyəsinin idarə edilməsi: Daxil olan və göndərilən sənədlərin (məktublar, sorğular, əmrlər, protokollar) qəbulu, qeydiyyatı, aidiyyəti üzrə yönləndirilməsi və arxivləşdirilməsi;
Kargüzarlıq standartları: Şirkətdaxili kargüzarlıq işlərinin müvafiq təlimatlara və korporativ qaydalara uyğun aparılması;
Sənədlərin hazırlanması: Rəsmi məktubların, daxili korrespondensiyaların və rəhbərliyin tapşırığı ilə digər sənədlərin layihələrinin tərtib edilməsi;
Nəzarət: Sənədlərin icra müddətlərinə nəzarət edilməsi və vaxtında cavablandırılmasının təmin olunması;
Zənglər və qəbul: Gələn telefon zənglərinin cavablandırılması və qonaqların qarşılanaraq yönləndirilməsi (ofis daxili dəstək);
Arxiv işi: Cari və bitmiş sənədlərin sistemli şəkildə arxivləşdirilməsi və qorunması.

Xüsusi tələblər

Təhsil: Ali və ya orta ixtisas təhsili;
Təcrübə: Kargüzarlıq, kargüzar-operator və ya ofis meneceri sahəsində minimum 1 il iş təcrübəsi;
Kompyuter bilikləri: MS Office proqramları (xüsusilə Word, Excel) və ofis avadanlıqları (printer, skaner və s.) ilə işləmək bacarığı;
Yazı və nitq mədəniyyəti: Azərbaycan dilində qrammatik cəhətdən düzgün və səlis yazı, həmçinin işgüzar yazışma qaydalarını bilmək;
Şəxsi keyfiyyətlər: Diqqətlilik, operativlik, detallara qarşı həssaslıq, vaxtın düzgün idarə olunması və məsuliyyətlilik.
Müraciət etmək üçün: info@ifac.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar