Azərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Tyutor vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• Tələbələrə tədris prosesi, kredit sistemi və akademik qaydalarla bağlı fərdi və qrup şəklində akademik məsləhətlər vermək və onların akademik göstəricilərini izləmək;
• Yeni qəbul olmuş tələbələrin adaptasiya və oriyentasiya prosesində iştirak etmək, onların mühitə uyğunlaşmasına dəstək göstərmək;
• Tələbələrin müraciətlərini qəbul etmək, araşdırmaq və aidiyyəti üzrə yönləndirmək;
• Tələbələrin fərdi tədris planlarının doldurulmasına dəstək göstərmək, təkrar imtahanlara, təkrar dinləmə və yay semestri üzrə qeydiyyatını aparmaq;
• Tələbələrin psixoloji, sosial və akademik ehtiyaclarını müşahidə etmək, zəruri hallarda onları aidiyyəti strukturlara yönləndirmək;
• Tələbə ilə tyutor arasında səmərəli ünsiyyət və əməkdaşlığı təmin etmək, tələbələrin inkişafını mütəmadi olaraq izləmək;
• Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
• Ali təhsil;
• Təhsil sahəsinə aid anormativ-hüquqi sənədlər üzrə biliklər;
• Təhsil sahəsində iş təcrübəsi;
• Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;
• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
• İngilis və ya rus dili bilikləri;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Analitik düşünmə, təşkilatçılıq və problem həlletmə bacarıqları;
• Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.



