Norm Cement şirkəti Kibertəhlükəsizlik üzrə mühəndis vakansiyası elan edir.
Əsas vəzifə və öhdəliklər:
· Firewall, EDR/XDR, DLP, SIEM, e-poçt təhlükəsizliyi, bulud təhlükəsizliyi və digər kibertəhlükəsizlik həllərinin quraşdırılması, idarə edilməsi və dəstəklənməsini həyata keçirmək, təhlükəsizlik tələblərini təhlil etmək və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə təkmilləşdirmə üzrə tövsiyələr vermək;
· Şəbəkələrin, informasiya sistemlərinin və tətbiqlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kibertəhlükəsizlik risklərini, təhdidlərini, zəifliklərini, təhlükəsizlik insidentlərini və potensial icazəsiz müdaxilə cəhdlərini izləmək, müəyyən etmək, qiymətləndirmək və hesabat vermək;
· Norm-un fəaliyyət mühitinə uyğun informasiya təhlükəsizliyi alət və texnologiyalarını qiymətləndirmək və onların seçilməsi və tətbiqi üzrə tövsiyələr vermək;
· Kibertəhlükəsizlik insidentləri üzrə araşdırmalar aparmaq, hücum üsullarını, zərərli proqram təminatını, şəbəkə trafikinin loglarını, host və firewall loglarını, eləcə də şəbəkə infrastrukturunu təhlil etməklə insidentlərin əsas səbəblərini və təsirini müəyyən etmək;
· Araşdırma nəticələrini sənədləşdirmək və rəhbərliyin nəzərdən keçirməsi üçün kibertəhlükəsizlik insidentləri üzrə hesabatlar hazırlamaq;
· Müəssisənin şəbəkə aktivləri üzrə səlahiyyət verilmiş penetrasiya testlərini həyata keçirmək və/və ya bu prosesə dəstək göstərmək;
· Risklərin azaldılması məqsədilə informasiyanın, sistemlərin və proseslərin qorunmasını təmin edən, xərc baxımından səmərəli təhlükəsizlik nəzarət tədbirlərinin seçilməsinə dəstək göstərmək;
· Yeni sistemlərin tətbiqi, mövcud sistemlərin yenilənməsi və ya İT infrastruktur layihələrinin həyata keçirilməsi zamanı təhlükəsizlik tələblərinin ilkin mərhələdən etibarən nəzərə alınmasını təmin etmək məqsədilə İT komandaları ilə əməkdaşlıq etmək;
· Yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsizlik baxımından qiymətləndirilməsini aparmaq, riskləri təhlil etmək və müvafiq təhlükəsizlik tövsiyələri vermək;
· Təşkilatın informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramının, o cümlədən fişinq simulyasiyalarının, təlim modullarının və maarifləndirmə kampaniyalarının əlaqələndirilməsini və həyata keçirilməsini dəstəkləmək;
· İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərində iştirakını və nəticələrini (məsələn, fişinq simulyasiyalarında klik göstəriciləri və təlimlərin tamamlanma səviyyəsi) izləmək, təhlil etmək və hesabatlandırmaq;
· Kibertəhlükəsizlik siyasətlərinin, standartlarının və prosedurlarının hazırlanması, yenilənməsi və tətbiqinin təmin edilməsinə dəstək göstərmək;
· Kibertəhlükəsizlik siyasətlərinin ISO 27001, NIST kimi beynəlxalq standartlara, qabaqcıl təcrübələrə və qüvvədə olan normativ tələblərə uyğunluğunu təmin etmək.
· Təhlükəsizlik insidentləri, təhlükəsizlik alətlərinin effektivliyi və informasiya təhlükəsizliyi üzrə maarifləndirmə proqramlarının göstəriciləri ilə bağlı rəhbərlik üçün müntəzəm hesabatlar hazırlamaq;
· Kritik kibertəhlükəsizlik insidentləri və yaranmaqda olan risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq və müvafiq tədbirlər üzrə tövsiyələr təqdim etmək
· Zərurət yarandıqda təşkilatın informasiya təhlükəsizliyi vəziyyəti ilə bağlı rəhbər heyət üçün təqdimatların hazırlanmasına dəstək göstərmək;
· Daxili və xarici audit proseslərini tələb olunan sənədləri, dəstəkləyici məlumatları və audit izlərini təqdim etməklə dəstəkləmək, həmçinin audit zamanı müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesində iştirak etmək;
· Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
· Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
· İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə ali bakalavr təhsili
· İnformasiya Təhlükəsizliyi və İnformasiya Texnologiyaları sahəsində minimum 3 il iş təcrübəsi
Yüksək səviyyədə azərbaycan və ingilis dili biliyi
· Kiçik tərkibli kibertəhlükəsizlik komandasında müstəqil işləmək bacarığı
· DLP, EDR/XDR, SIEM, IAM/PAM, IDS/IPS və digər kibertəhlükəsizlik alətləri ilə praktiki iş təcrübəsi
· Şəbəkə protokolları, əməliyyat sistemləri və təhlükəsizlik jurnallarının (logların) təhlili üzrə dərin biliklər
· Kibertəhlükəsizlik insidentlərinin idarə olunması prosesləri və rəqəmsal kriminalistika (Digital Forensics) üzrə əsas biliklər.
· Microsoft 365 / Microsoft Entra ID (Azure Active Directory) təhlükəsizlik alətləri ilə iş təcrübəsi
· ISO 27001 və NIST Cybersecurity Framework kimi informasiya təhlükəsizliyi standartları və çərçivələri üzrə biliklər
· CompTIA Security+, CISSP, CCSP, Microsoft Azure Security və ya AWS Security kimi beynəlxalq informasiya təhlükəsizliyi sertifikatlarının olması üstünlükdür.
Tələb olunan kompetensiyalar
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
· Analitik düşüncə
· Komanda işi və əməkdaşlıq
· Effektiv ünsiyyət
· Layihələrin İdarəedilməsi
· Sərbəst işləmə bacarığı
İmtiyazlar
· Könüllü tibbi siğorta
· Servis avtobusu
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 23.07.26



