Hal-hazırda “Kommersiya direktoru” vakansiyası aktivdir.
Vəzifə təlimatları:
•Şirkətin ümumi kommersiya strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək;
• Satış, marketinq və müştəri münasibətlərinin idarə olunmasını təmin etmək;
• Satış hədəflərinin müəyyənləşdirilməsi, icrasına nəzarət və nəticələrin qiymətləndirilməsini həyata keçirmək;
• Bazar araşdırmaları aparmaq, rəqib mühitini təhlil etmək və yeni biznes imkanlarını müəyyənləşdirmək;
• Gəlirlərin və rentabelliyin artırılmasına yönəlmiş kommersiya təşəbbüslərini hazırlamaq və icra etmək;
• Kommersiya büdcəsinin formalaşdırılması və effektiv idarə olunmasını təmin etmək;
• Satış komandalarının fəaliyyətini idarə etmək, inkişaf etdirmək və performansını qiymətləndirmək;
• Strateji müştərilər, distribyutorlar və biznes tərəfdaşları ilə yüksək səviyyəli danışıqlar aparmaq;
• Satış, marja, bazar payı və digər kommersiya göstəricilərinin təhlilini aparmaq və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
• Satış və marketinq fəaliyyətlərinin KPI-lar əsasında monitorinqini və hesabatlılığını təşkil etmək;
• Logistika, istehsalat və maliyyə bölmələri ilə sıx koordinasiyanı təmin etmək.
Namizədə tələblər:
Sahə üzrə minimum 5 il iş təcrübəsi.
Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
Digər məlumatlar:
-Əmək haqqı: 4000-6000 AZN
-Ünvan: Binəqədi rayonu, Biləcəri qəsəbəsi (Binəqədi şossesi 100).
-Nahar şirkət tərəfindən verilir.
-İş saatları: 9:00-18:00
Müraciət üçün arzu.shirali@venta.az ünvanına cv göndərə bilərsiniz



