Əgər sən universitetin 4-cü kurs tələbəsisənsə, magistr təhsili alırsansa və ya 2025–2026-cı illərdə məzun olacaqsansa, bu proqram sənin üçün real karyera fürsətidir!
“Kontakt Home” ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən biri kimi gənclərə real iş mühitində təcrübə qazanmaq imkanı yaradır.
Proqramın əhatə etdiyi sahələr:
İnsan Resursları (işə qəbul, əmək münasibətləri)
İT və proqramlaşdırma (texniki dəstək, İT infrastrukturu, IT BA)
Süni intellekt və layihə ofisi
Maliyyə və arxiv əməliyyatları
Elektron kommersiya (e-commerce)
Kommersiya və topdan satış
Sənə nə qazandıracaq?
Real korporativ iş mühiti ilə tanışlıq
Universitetdə öyrəndiyin bilikləri praktiki tətbiq etmə imkanı
Peşəkar mütəxəssislərlə birbaşa işləmək və onlardan öyrənmək
2 aylıq ödənişli təcrübə proqramı
Uğurlu iştirakçılar üçün gələcək vakansiyalarda üstünlük
Rəsmi sertifikat
Son müraciət tarixi: 7 iyun 2026



