spot_img
HomeKaryeraLogistika üzrə mütəxəssis vakansiyası
spot_img

Logistika üzrə mütəxəssis vakansiyası

Vəzifə: Logistika üzrə mütəxəssis
Əmək haqqı: 1000-1500 manat

Tələblər:

• Ali təhsil (Logistika, Təchizat zənciri, Biznesin idarə edilməsi və ya uyğun ixtisas üzrə);
• Logistika sahəsində minimum 2-3 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
• Logistika sənədləri və beynəlxalq daşınma prosesləri üzrə biliklər;
• Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
• Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
• Yaş həddi: 25 – 35.

Vəzifələr:

• Təchizat və logistika proseslərinin planlaşdırılması və idarə olunması;
• Yüklərin vaxtında yüklənməsi, daşınması və çatdırılmasına nəzarət etmək;
• Yüklərin statusunu mütəmadi izləmək və müvafiq tərəfləri məlumatlandırmaq;
• Daşıyıcı şirkətlərlə müqavilələrin hazırlanması və icrasına nəzarət etmək;
• Satınalma sifarişləri, tender sənədləri, təkliflər və digər logistika sənədlərinin hazırlanması;
• Rəsmi məktubların hazırlanması və dövlət qurumları, tərəfdaşlar və təchizatçılarla yazışmaların aparılması;
• Təchizatçı və müştəri məlumat bazasının yenilənməsi və idarə olunması;
• Logistika prosesləri üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

İş şəraiti:

• AR əmək məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki: bazar ertəsi – cümə;
• İş saatı: 09:00 – 18:00;
• İş yeri ünvanı: Dəmirçi Plaza.

Müraciət etmək istəyən namizədlər CV-lərini vakansiya@samadovlaw.com mail ünvanına mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar