spot_img
HomeKaryeraMazarina Trade Company "İnsan Resursları" üzrə Təcrübəçi vakansiyası elan edir!
spot_img

Mazarina Trade Company “İnsan Resursları” üzrə Təcrübəçi vakansiyası elan edir!


Vəzifə öhdəlikləri:

Mövcud vakansiyaların təhlili, elanların hazırlanması və yerləşdirilməsi;
Namizədlərlə müsahibələrin təşkili və koordinasiyası;
Test və imtahan proseslərinin təşkili və nəticələrin yoxlanılması;
İşçilərin şəxsi işlərinin hazırlanması və yenilənməsi;
Əmək fəaliyyəti ilə bağlı dəyişikliklərin sənədləşdirilməsi;
HR şöbəsinin gündəlik fəaliyyətinə dəstək göstərilməsi;

Tələblər:

Ali təhsil (HR üzrə təhsil üstünlükdür);
İnsan resursları sahəsində İlkin təcrübə (6 aya qədər);
Xarici dil bilikləri arzuolunandır;
MS Office proqramlarında işləmək bacarığı;
Əmək qanunvericiliyi üzrə ilkin biliklər;
Yüksək kommunikasiya, analitik düşünmə və təqdimat bacarıqları;

Təklif edirik:

Rəqabətə davamlı əmək haqqı
İş qrafiki: 09:00-18:00
Təcrübə müddətini uğurla başa vuran namizədlər üçün karyera inkişaf imkanı
Təcrübə müddəti: 3 ay
Son tarix: 10 May 2026

Müraciət üçün:

CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə təcrübəçi” qeyd edərək cv@mazarina.com e-poçt ünvanına göndərə bilərsiniz

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar