spot_img
HomeKaryeraMedia Balans şirkəti Junior Creative Copywriter vakansiyası elan edib
spot_img

Media Balans şirkəti Junior Creative Copywriter vakansiyası elan edib

Media Balans şirkəti kreativ komandasına qoşulmaq üçün yaradıcı düşüncəyə malik və bu sahədə inkişaf etmək istəyən Junior Creative Copywriter axtarır.

Vəzifə öhdəlikləri:

• Müxtəlif platformalar üçün yaradıcı mətnlərin hazırlanması;
• Mövcud mətnlərin redaktə edilməsi və brend tonuna uyğunlaşdırılması;
• Reklam kampaniyaları üçün başlıq, sloqan, key visual mətnləri və digər kreativ kommunikasiya materiallarının hazırlanmasında iştirak;
• Brend strategiyalarına və kommunikasiya istiqamətlərinə uyğun kreativ ideyaların hazırlanmasına dəstək;
• Kreativ komanda ilə sıx əməkdaşlıq edərək layihələrin hazırlanmasında iştirak;
• Trendlərin izlənilməsi və ideyalaşdırma prosesində tətbiq edilməsi.

Namizədə tələblər:

• Marketinq, Jurnalistika, Filologiya, PR, Kommunikasiya və ya əlaqədər sahələr üzrə ali təhsil;
• Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı (İngilis dili və Rus dili üstünlükdür);
• Kreativ düşünmək, ideyaları qısa, təsirli və məqsədyönlü formada ifadə etmək bacarığı;
• Yeniliklərə, öyrənməyə və peşəkar inkişafa açıq olmaq;
• Komanda ilə işləmək və verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq bacarığı.
• Nahar şirkət tərəfindən təmin olunur;
• Servis xidməti mövcuddur.

Maraqlanan namizədlər CV və portfoliolarını cv@mediabalans.com ünvanına göndərə bilərlər.

Mövzu hissəsində “Junior Creative Copywriter” qeyd etməyiniz xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar