5 ildir minlərlə insanın könlünü fəth edərək ənənəyə çevrilən Milli Yaylaq Festivalı möhtəşəm yubileyi ilə geri dönür!
Yerli və xarici qonaqların səbirsizliklə gözlədiyi bu möhtəşəm festival bu il daha dinamik, daha coşğulu və daha yaddaqalan proqramlarla keçiriləcək. Türk dünyasının mədəniyyətini, tarixini və yaylaq həyatını yaxından yaşamaq, milli adət-ənənələrimizi tanımaq istəyən hər kəs bu böyük bayramda iştirak edə bilər.
Tarix: 24–26 iyul 2026
Məkan: Göygöl, Xan Yaylağı – “Xan Yurdu” Etnoqəsəbəsi
Giriş: Tamamilə sərbəst və ödənişsiz
Qədim yurd yerimizdə bir araya gələrək adət-ənənələrimizi yaşadaq, mədəniyyətimizi birlikdə qoruyaq və Türk dünyasının birliyini qeyd edək.



