Vəzifə öhdəlikləri:
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin hazırlanmasında iştirak etmək;
• Elektron qaimə-fakturaların tərtib edilməsində və göndərilməsində mühasibə kömək göstərmək;
• Mallar və xidmətlər üzrə sənədlərin hazırlanması və sistemə daxil edilməsini təmin etmək;
• Gündəlik qaimə və qəbzlərin işlənməsi, məlumatların bazaya daxil edilməsini həyata keçirmək;
• Mal-material və xidmətlər üzrə qəbul aktlarının və digər mühasibat sənədlərinin tərtibinə dəstək olmaq;
• Mühasibin tapşırıqlarını vaxtında və dəqiq icra etmək.
Namizədə dair əsas tələblər:
• Yaş həddi 20-35 yaş;
• Ali maliyyə bakalavr təhsili (magistr təhsili arzu olunandır);
• Mühasibat və maliyyə sahəsində minimum 6 ay iş təcrübəsi;
• Azərbaycan Respublikası mülki, əmək üzrə biliklər;
• MS Office (Word, Excel) və 1C (8.3) proqramında sərbəst işləmək bacarığı;
• Analitik təhlil etmə qabiliyyəti;
• İşə yaradıcı və təşəbbüskar yanaşma;
• Bəy namizədlərə üstünlük verilir.
Əlavə məlumat:
İş yerinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti Baku Olimpik Residence 189A
İş rejimi: həftə içi 5 gün
Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında müəyyənləşəcək.)
Tələblərə uğun namizədlər mövzu yerində “Mühasib köməkçisi“ qeyd edərək öz CV-lərini hr@agritex.az e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.Show translation



