Vakansiya:
Müqavilə və sənəd dövriyyəsi üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
– Şirkətin alış, satış və digər müqavilələrinin, həmçinin onlara aid əlavə sənədlərin qeydiyyatını və sistemli saxlanılmasını təmin etmək;
– Müqavilə və ona bağlı sənədlərin qarşı tərəflə fiziki qaydada və ya elektron imza vasitəsilə imzalanması prosesini koordinasiya etmək;
– Şirkətin müştərilərinə təqdim edilən təhvil-təslim aktlarının göndərilməsini, imzalanmasını və vaxtında geri qaytarılmasını izləmək və təmin etmək;
– Müştərilərə təqdim olunan zəmanət kitabçalarının qeydiyyatını aparmaq və onların sistemli şəkildə izlənilməsini təmin etmək;
– Gecikən, çatışmayan və ya düzgün rəsmiləşdirilməmiş sənədlərlə bağlı aidiyyəti şəxsləri məlumatlandırmaq;
– Müştərilər, təchizatçılar, satış nümayəndələri və şirkətdaxili şöbələrlə sənəd dövriyyəsi üzrə əlaqə saxlamaq;
– Müqavilə və digər sənədləri müəyyən edilmiş qaydaya uyğun olaraq qovluqlaşdırmaq, arxivləşdirmək və axtarış üçün əlçatan vəziyyətdə saxlamaq;
– Sənəd dövriyyəsi ilə bağlı gündəlik tapşırıqları icra etmək və görülən işlər barədə məlumat / hesabat təqdim etmək.
Tələblər
– Ali təhsil;
– Sənədləşmə, müqavilə qeydiyyatı, arxivləşdirmə və ya ofis inzibatçılığı sahəsində iş təcrübəsi;
– Müqavilə, akt, əlavə sənəd, zəmanət sənədi və oxşar işgüzar sənədlərlə işləmə bacarığı;
– Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
– MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
– Sənədləri sistemli şəkildə izləmək, qeydiyyata almaq və arxivləşdirmək bacarığı;
– Elektron sənəd dövriyyəsi və elektron imza alətləri ilə işləmə bacarığı üstünlükdür;
– Müştərilər və şirkətdaxili əməkdaşlarla düzgün kommunikasiya qurmaq bacarığı;
– Diqqətli, məsuliyyətli, operativ və nizam-intizamlı olmaq;
İş şəraiti
– Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
– 5 günlük iş qrafiki;
– Nahar şirkət tərəfindən təmin olunur;
– Əmək haqqı: 700 AZN;
– İş ünvanı: Ağ Şəhər, 3-cü şərq küçəsi.
Müraciət qaydası
Namizədlər CV-lərini mövzu hissəsində “Müqavilə və sənəd dövriyyəsi üzrə mütəxəssis” qeyd etməklə hr@unimetal.az elektron ünvanına göndərə bilərlər.



