Azərbaycan İdman Akademiyasının Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
· Akademiyada tələbə, məzun, işəgötürən və digər maraqlı tərəflər arasında keçirilən sorğuların hazırlanması, təşkili və nəticələrinin statistik təhlilində iştirak etmək;
· İnstitusional və proqram akkreditasiyası prosesləri çərçivəsində məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanmasına dəstək vermək;
· Daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək;
· Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması və inkişafına yönəlmiş tədbir və layihələrdə iştirak etmək;
· Fakültə və kafedralarla əməkdaşlıq edərək keyfiyyət təminatı üzrə sənədləri hazırlamaq və yeniləmək;
· Strateji inkişaf planı və illik fəaliyyət planı üzrə göstəricilərin monitorinqinə dəstək vermək;
· Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
· Ali təhsil (magistr dərəcəsi arzuolunandır);
· Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;
· Keyfiyyət təminatı, akkreditasiya və ya təhsil sahəsində iş təcrübəsi;
· Analitik düşüncə və statistik məlumatların təhlili bacarığı;
· Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel; məlumatların emalı bacarığı);
· Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
· İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
· Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları;
· Dəqiqlik, məsuliyyətlilik, operativlik və detallara diqqət;
· Komandada iş və işgüzar kommunikasiya bacarığı;
· Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini hr@sport.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.



