spot_img
HomeKaryera“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir.
spot_img

“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir.

Norm tərəfindən elan edilən 2026-cı il yay təcrübə proqramı müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin peşəkar və şəxsi inkişafını dəstəkləmək, onların gələcək karyera imkanlarını genişləndirmək məqsədi daşıyır. İyul ayından başlayaraq sentyabrın ilk həftəsinədək davam edən proqram 2 aydan artıq müddəti əhatə edir və bu dövrdə tələbələr real iş mühitində təcrübə qazanaraq gələcəyin peşəkar kadrları kimi formalaşırlar.

Proqramdan nə əldə edəcəksiniz?
Peşəkar iş mühitində real təcrübə,
Təhsil sahəsinə uyğun praktik bacarıqlar,
Peşəkar təlim sessiyalarına, kurslara və sahə ilə əlaqəli proqramlara çıxış,
Daxili karyera imkanlarından yararlanmaq şansı,
Sahə ekspertləri ilə əlaqə qurmaq və onlardan öyrənmək imkanları,
Müxtəlif layihələrdə iştirak etmək və kadr kimi yetişmək,
Gələcək karyera perspektivlərini artırmaq.

Kimlər müraciət edə bilər?
Elanda göstərilən sahələr üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri (5 illik təhsil sistemi olan universitetlərin 4-cü və 5-ci kurslar tələbələri)

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:
Yazılı test (ingilis dili, IQ və ümumi biliklər)
Müsahibə (Azərbaycan və ingilis dillərində)
Onlayn qiymətləndirmə mərkəzin tərəfindən aparılan seçim

Müraciət üçün son tarix: 30.04.2026


CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar