Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsi çərçivəsində ödənişsiz təcrübə proqramına qeydiyyat başladı. Layihəmiz cəmiyyətin həssas təbəqələrinə dəstək məqsədi daşıyır və sosial məsuliyyət prinsipləri əsasında formalaşıb.
Bu proqram sosial məsuliyyətli fəaliyyətə marağı olan, inkişaf etmək və layihə təcrübəsi qazanmaq istəyən gənclər üçün nəzərdə tutulub.
Proqram sənə nə qazandıracaq?
Sosial layihələrin təşkili̇ndə real təcrübə
Komanda işi və ünsiyyət bacarıqlarının inkişafı
CV-də dəyərli təcrübə və tövsiyə məktubu imkanı
Təcrübə sertifikatı
Təcrübə proqramı ödənişli deyil, lakin əldə ediləcək təcrübə və qazanc mənəvi baxımdan çox qiymətlidir. Əgər bu təşəbbüs sizin dəyərlərinizlə üst-üstə düşürsə və siz də faydalı olmaq istəyirsinizsə, qeydiyyatdan keçərək sizdə bu təcrübənin bir parçası olun



