spot_img
HomeKaryeraPartnyorlarla iş departamenti üzrə təcrübə proqramı
spot_img

Partnyorlarla iş departamenti üzrə təcrübə proqramı

İş haqqında

Öyrənəcəyiniz işlər:

  • BNPL məhsulu üzrə tərəfdaş obyektlərdə satış göstəricilərinin izlənməsi və gündəlik hesabatların hazırlanması;
  • Tərəfdaş obyektlərin satış heyəti ilə əlaqələndirmə və məhsul üzrə dəstək göstərilməsi;
  • Satışın artırılmasına yönəlmiş kampaniya və təşviq mexanizmlərinin icrası;
  • Potensial tərəfdaş obyektlərin araşdırılması və ilkin siyahının hazırlanması;
  • Satış məlumatlarının toplanması və Excel vasitəsilə analitik təhlillərin aparılması;
  • Cari operativ tapşırıqların icrası və BNPL məhsulu üzrə praktiki təcrübənin əldə edilməsi;
  • Bankın satış, məhsul və tərəfdaşlarla iş istiqamətləri ilə tanış olmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə malik olan və ya son kursda təhsil alan (İqtisadiyyat, Maliyyə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə);
  • MS Excel və PowerPoint proqramları üzrə əsas biliklərə;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığına (İngilis və Rus dili biliyi üstünlükdür);
  • Güclü ünsiyyət və inandırma bacarığına, komandada işləmək qabiliyyətinə;
  • Nəticəyönümlü yanaşmaya, məsuliyyət hissinə və öyrənməyə həvəsə sahib olan şəxsdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar