Əgər öyrənməyə həvəsli və dinamik mühitdə çalışmaq istəyirsinizsə, bu fürsət tam sizə görədir!
Vəzifə öhdəlikləri:
Təlim və inkişaf proqramlarının təşkili və icrasında dəstək göstərmək
Daxili HR hesabatlarının və təqdimatların hazırlanmasına dəstək vermək
Daxili məlumat bazalarının və sənədlərin yenilənməsi və düzgünlüyünün təmin edilməsinə dəstək göstərmək
Keçirilən təlimlərin qeydiyyatının və qiymətləndirilməsinin aparılmasına dəstək göstərmək
Təlim ehtiyaclarının toplanması, monitorinqi və müəyyənləşdirilməsində köməklik etmək
Komanda tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
Tələblər:
Ali təhsil
MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel, Word, PowerPoint)
Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı
Komandada işləmək və öyrənməyə açıq olmaq
Diqqətli, məsuliyyətli və təşəbbüskar olmaq
Vaxtın idarə olunması və çoxtapşırıqlı işləmə bacarığı
Etik davranış və konfidensiallıq prinsiplərinə riayət
Maraqlı tərəflərin idarə olunması bacarığı
Emosional zəka və güclü kommunikasiya bacarığı
Biznes prosesləri və analitik biliklər, kritik təhlil bacarığı
Keyfiyyətli təqdimat və hesabat hazırlamaq bacarığı
Araşdırma aparmaq və nəticələri təqdim etmək bacarığı
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təcrübə tələb edilmir
Təklif edirik:
Peşəkar və dəstəkləyici komandada işləmək imkanı
Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar
Öyrənmə və bilik mübadiləsi mühiti
Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mədəniyyəti
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı



