İşəgötürən: “Azərbaycan Dövlət Pedaqoji Univerisiteti” Publik Hüquqi Şəxs
Vəzifə: Strateji İnkişaf Mərkəzinin müdiri
İşin təsviri və əsas öhdəliklər:
Vəzifə öhdəlikləri:
• universitetin strateji inkişaf istiqamətləri üzrə fəaliyyətin əlaqələndirilməsi;
• Strateji İnkişaf Planı və digər inkişaf sənədlərinin hazırlanması, monitorinqi və təkmilləşdirilməsi;
• struktur bölmələr üzrə məlumatların təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi;
• institusional inkişaf, keyfiyyət təminatı və akkreditasiya proseslərinin əlaqələndirilməsi;
• universitetin inkişaf göstəricilərinin izlənilməsi və inkişafla bağlı təkliflərin hazırlanması;
• daxili və xarici əməkdaşlıq çərçivəsində strateji təşəbbüslərin idarə olunması;
• normativ sənədlərin və dövlət siyasəti istiqamətlərinin fəaliyyətə inteqrasiyasının təmin edilməsi;
• Mərkəzin fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və fəaliyyətə nəzarətin həyata keçirilməsi;
• Mərkəzin illik fəaliyyət planı və hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
• magistratura səviyyəsində ali təhsil;
• elmi dərəcə və ya elmi adın olması üstünlük hesab olunur;
• strateji planlaşdırma, keyfiyyət təminatı, institusional inkişaf və ya idarəetmə sahəsində azı 5 il, rəhbər vəzifələrdə çalışdıqda 3 il iş təcrübəsi;
• strateji düşünmə, analitik təhlil, problem həlli və çevik qərarvermə bacarığı;
• liderlik, komanda ilə işləmək və fəaliyyətin əlaqələndirilməsi sahəsində yüksək səriştə;
• müasir idarəetmə alətləri, rəqəmsal platformalar və informasiya texnologiyaları ilə işləmək bacarığı;
• rəsmi sənədlərin, hesabat və təqdimat materiallarının hazırlanması bacarığı;
• Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• ingilis dilində sənədlərlə işləmə, işgüzar yazışma və peşəkar ünsiyyət bacarığı.
Əlavə məlumatlar
• İş yerinin ünvanı: ADPU-nun V tədris binası (Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 109 A)
• İş qrafiki: Bazar ertəsi – Cümə (09:00-18:00)
• Əmək haqqı: Ştat cədvəlinə uyğun
Müraciət üçün tələb olunan sənədlər:
• Azərbaycan dilində hazırlanmış fotoşəkilli CV
Müraciət üçün CV-ni strateji.inkishaf@adpu.edu.az elektron poçt ünvanına göndərərkən imeylin mövzu hissəsində “ADPU SİM müdir” qeyd olunmalıdır.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün son tarix: 21 aprel 2026-cı il



