Qərbi Kaspi Universiteti ilə İstanbul Kültür Universiteti (Türkiyə) arasında imzalanmış müqaviləyə əsasən, QKU-nun 1 (bir) tələbəsi 2025/2026-cı tədris ilinin yaz semestrində Türkiyədə təhsil almaq imkanı qazanacaq.
Proqram haqqında məlumat
- Təhsil müddəti: 4 ay (1 semestr)
- Təqaüd: Yaşayış xərclərini qarşılamaq məqsədilə aylıq təqaüd
- Səyahət xərcləri: Erasmus+ proqramı tərəfindən qarşılanacaq
Müsabiqədə iştirak üçün tələblər
- Aşağıdakı ixtisaslarda təhsil alan II və III kurs tələbələri müraciət edə bilərlər:
- Kompüter mühəndisliyi
- Beynəlxalq münasibətlər
- Beynəlxalq ticarət və maliyyə
- Biznesin təşkili və idarə edilməsi
- İngilis dili və ədəbiyyatı
- İngilis dili biliyi: B2 səviyyə
- Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG): 100 üzərindən 75 və yuxarı
Əlavə məlumat
- Proqramda iştirak tamamilə ödənişsizdir.
- Müraciət üçün tələbələr ingilis dilində CV və motivasiya məktublarını
erasmus@wcu.edu.az elektron poçt ünvanına göndərə və ya
Beynəlxalq Əlaqələr Şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 21, 111-ci otaq) yaxınlaşa bilərlər.
Son müraciət tarixi: 10 noyabr 2025
Əlavə suallar üçün:
eramus@wcu.edu.az



