Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsinə müraciətləri qəbul edir!
Əgər qadınların həyatında real və davamlı dəyişiklik yarada biləcək sosial layihə ideyanız varsa, bu fürsəti qaçırmayın!
Müsabiqədə rəqəmsal həllərə, həyat keyfiyyətinin yaxşılaşdırılmasına və uzunmüddətli sosial təsir yaratmağa yönəlmiş layihələrə üstünlük veriləcək.
Layihəniz:
• Qadınların inkişafına və rifahına töhfə verməli
• Real sosial problemə həll təklif etməli
• Davamlı və ölçülə bilən sosial təsir yaratmalıdır
• Rəqəmsal və innovativ yanaşmalardan istifadə edə bilər
Müraciət tarixləri: 24 avqust – 24 sentyabr 2026
İdeyanız qadınların həyatını dəyişə bilər — müraciət edin!



